Ermənilər rusların arxasında gizlənərək təxribat törədirlərbackend

Ermənilər rusların arxasında gizlənərək təxribat törədirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində Azərbaycan Ordusnun mövqelərinə qarşı genişmiqyaslı təxribatları davam etdirir.

Belə ki, bu gün Ermənistanın hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Kəlbəcər Laçın rayonu istiqamətində hüçuma keçib. Düşmənin məqsəd daha əlverişli mövqelərə yiyələnmək idi, amma ordumuz ermənilərə laqiqli cavab verib.

Hərbi ekspert Ədalət Verdiyev baş verənləri Modern.az-a şərh edərkən bildirib ki, Azərbaycan yaxın günlərdə Ermənistana daha böyük zərbə endirəcək:

“Azərbaycanla Ermənistan sərhəddində baş verən son təxribatlar və onların ordumuza qarşı artilleriyadan istifadə etməsi bir daha onu göstərir ki, işğalçı ölkənin hərbi siyasi rəhbərliyi Vətən müharibəsində və ondan sonrakı dövrdə baş verən hadisələrdən doğru-dürüst nəticə çıxarmayıb.

Ermənistanın xüsusilə Zəfər günü ərəfəsindən başlayaraq bu günə qədər davam edən təxribatları Azərbaycanı növbəti dəfə “dəmir yumruq”u işə salmağa vadar edir”.

Ekspert ermənilərin bu təxribatları ancaq rus sülhməramlılarının arxasında gizlənərək edə biləcəyini deyib:

“Vətən müharibəsi zamanı hər gün orta hesabla 150 km2 geri çəkilən Ermənistan ordusunun indi rus sülhməramlıların arxasında gizlənərək təxribatlar törətməsi onlar üçün çox ağrılı nəticələrinə gətirib çıxara bilər.

Ermənistan tərəfi bundan əvvəl də dəfələrlə təxribatlara yol açıb. Sonda isə Azərbaycan əsgəri tərəfindən hətta silah tətbiq edilmədən ərazimizdən alçaq və rəzil şəkildə çıxmışdılar.

Qeyd edə bilərəm ki, yaxın günlərdə Azərbaycan Ordusu Ermənistana böyük zərbə endirəcəyi heç bir şübhə doğurmur”.