Ermənistan Aİ ilə yeni tərəfdaşlıq gündəliyinin imzalanmasını gözləyir.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda Şimal-Baltik formatında parlamentlərin sədrləri və sədr müavinlərinin iştirakı ilə keçirilən panel müzakirəsində deyib.
“Son illərdə Ermənistanın üzləşdiyi bütün təhlükəsizlik təhdidlərinə baxmayaraq, biz Avropaya inteqrasiya prosesini sarsılmaz şəkildə irəliləyirik. Ermənistan Respublikası-Avropa İttifaqı tərəfdaşlığının yeni gündəliyinin yaxın gələcəkdə imzalanacağını gözləyirik”, – spiker bildirib.
Xuraman Etibarlı
İnterpress.az