Ermənistan parlamentinin iki üzvü Ali Məhkəmə Şurasının keçmiş rəhbəriinin işi üzrə məhkəmədə dindiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, mayın 15-də Ermənistan Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Ruben Vardazaryanın işi üzrə məhkəmədə parlamentin iki üzvü dindiriləcək.
Nəşr bu deputatların adlarını açıqlamayıb, sadəcə qeyd edib ki, parlament iclaslarının birində Vardazaryana ciddi şübhələr yaradan suallar veriblər.
Qəzet əlavə edib ki, Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Qaqik Cangiryanın da dindirilməsi üçün vəsatət qaldırılacaq.
Vardazaryan ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
İttihama görə, o, 2019-cu il iyulun 19-dan Ali Məhkəmə Şurasının rəhbəri vəzifəsində çalışarkən Ümumi Yurisdiksiyaya aid Lori Regional Məhkəməsinin hakimi Andranik Simonyanın ədalət mühakiməsinin həyata keçirilməsinə mane olub.
Xuraman Etibarlı
İnterpress.az