Ermənistan buğdanı, qazı Türkiyə və Azərbaycandan alacaq – Qaro Paylanbackend

Ermənistan buğdanı, qazı Türkiyə və Azərbaycandan alacaq – Qaro Paylan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistana buğda və enerji resursları Türkiyə və Azərbaycandan tədarük edilə  bilər. 

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş deputatı Qaro Paylan Faktor TV-yə müsahibəsində bəyan edib. O bildirib ki, bu ölkələrlə münasibətlərin normallaşacağı təqdirdə Ermənistana buğda və enerji resurslarının Türkiyə və Azərbaycandan tədarük edilməsi mümkündür.

Ermənistanın buğdasının 95%-nin, qazının isə 75%-nin Rusiyadan gəldiyini qeyd edən Paylan “belə asılılığın pis olduğunu” deyib və vəziyyəti dəyişdirməyin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, sülh müqaviləsi imzalansa, Ermənistan qazın 40%-ni Azərbaycandan, 30%-ni İrandan, 40%-ni isə Rusiyadan ala biləcək. Paylan bəyan edib ki, Türkiyə və ya digər ölkələr Ermənistana buğdanın 40%-ni təmin edə biləcək.

Xuraman Etibarlı

İnterpress.az