Ermənistan Konstitusiyasının yeni mətninə ehtiyac var.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib.
O deyib ki, 2026-cı il parlament seçkilərinə qədər Ermənistan Konstitusiyasının yeni mətninə ehtiyac var.
“Biz işimizi bu istiqamətdə aparmalıyıq”, – nazir qeyd edib.
Məlum olduğu kimi, Bakı sülh müqaviləsinin imzalanmasının şərtlərindən biri kimi İrəvandan Konstitusiyanın dəyişdirilməsini tələb edir.
Xuraman Etibarlı
İnterpress.az