Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıbbackend

Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Milli Məclisi Aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.

Bu barədə onun vəkili Akop Yenokyan bildirib.

Yenokyanın sözlərinə görə, Saqatelyan hakimiyyət əleyhinə mitinqlərin təşkilində şübhəli bilinir.

O, qeyd edib ki, məhkəmədə Saqatelyanın saxlanılmasına etiraz etməyə hazırlaşır.

Xatırladaq ki, noyabrın 10-da Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar işğalçı ölkənin ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətinə etiraz əlaməti olaraq Paşinyanın istefasını tələb edirlər.

İnterpress.az