Ermənistan prezidenti: “Türkiyə Cənubi Qafqazda böyük təsir gücünə malik ölkədir”backend

Ermənistan prezidenti: “Türkiyə Cənubi Qafqazda böyük təsir gücünə malik ölkədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün istəyimizdən asılı olmayaraq etiraf etməliyik ki, Türkiyə Cənubi Qafqazda güclü təsirə malik ölkədir və artıq bölgədədir.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sərkisyan rbc-ya müsahibəsində deyib.

“Türkiyə məlum 44 günlük müharibədən sonra bölgədə daha möhkəm formada oturuşub. Bu gün Türkiyə Gürcüstanda daha çox iqtisadi cəhətdən güclü təsirə malikdir. Gürcüstan ticarətinin 40 faizindən çoxu Türkiyə ilədir. Müharibədən sonra isə Türkiyə Azərbaycanda da daha ciddi formada mövqeyini möhkəmlədib. Artıq iki ölkə arasında hərbi-siyasi münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb. İqtisadi cəhətdən də münasibətlər inkişaf edir”- Sərkisyan qeyd edib. /Ölkə.Az/