Ermənistan Qazaxıstandakı sülhməramlı missiya üçün cəmi 70 hərbçi tapa bilibbackend

Ermənistan Qazaxıstandakı sülhməramlı missiya üçün cəmi 70 hərbçi tapa bilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib.

Söhbət Qazaxıstan Respublikasında kütləvi etirazlar fonunda strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək üçün Ermənistanın tapıb kontingentin tərkibində göndərə bildiyi 70-ə yaxın hərbçidən gedir.

Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə prezidenti Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab edir, çünki ölkədə iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə təlim keçiblər.

Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTMT-nin ali orqanı) sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb.