Ermənistan Rusiyanın etirazından sonra məktəb dərsliyində DƏYİŞİKLİK EDİRbackend

Ermənistan Rusiyanın etirazından sonra məktəb dərsliyində DƏYİŞİKLİK EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Təhsil Nazirliyi Rusiya Federasiyasının bəyanatından sonra məktəb dərsliyinin məzmununu dəyişəcək.

interpress.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Təhsil Nazirliyi məlumat verib.

Bildirilir ki, Ermənistanın 8-ci sinif tarix dərsliklərində Ermənistan ərazisinin Rusiya imperiyası tərəfindən “ilhaq edilməsi” ilə bağlı hissə dəyişdiriləcək.

Xatırladaq ki, avqustun 15-də Rusiya Xarici İşlər Nazirliyi 8-ci sinif üçün Ermənistan tarixi dərsliyinin məzmunundan narahatlığını bildirib.

Şöbə bunu faktların siyasi motivlərlə təhrif edildiyi Qərb təbliğatı ruhunda ümumi tarixi yenidən yazmaq cəhdi kimi qiymətləndirib və İrəvanı məktəblərdə belə dərsliyin yayılmasının qarşısını almağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az