Ermənistan silahlanır, Paşinyan isə BƏHANƏ GƏTİRİR: “Məqsədimiz istifadə etmək deyil”backend

Ermənistan silahlanır, Paşinyan isə BƏHANƏ GƏTİRİR: “Məqsədimiz istifadə etmək deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Ermənistanın silahlanmasını etiraf edib.

İnterpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətində (MTX) çıxışı zamanı ölkəsinin silahlanma siyasəti barədə danışıb.

Məlumata görə, bu gün MTX-ni peşə bayramı münasibətilə ziyarət edən Paşinyan bildirib ki, Ermənistan silah alır, lakin ümid edir ki, ondan heç vaxt istifadə etməli olmayacaq.

Baş nazir qeyd edib ki, xidmət öz imkanlarını inkişaf etdirməli və xüsusi təyinatlı qüvvələrini gücləndirməlidir. Lakin qurumun əsas vəzifəsi güc tətbiq etmək zərurətindən qaçmaq olmalıdır.

O, həmçinin narkotik ticarətinə qarşı səmərəli mübarizəni digər əsas prioritet kimi göstərib.

Qeyd edək ki, Ermənistanda təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı sovet dövründən bəri 20 dekabrda qeyd olunurdu. Lakin 2024-cü ildə qəbul edilən qərarla yeni tarix – 8 yanvar təsis edilib.

Xuraman Etibarlı

İnterpress.az