Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxması tələb olunacaq”backend

Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxması tələb olunacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşündə Azərbaycanda saxlanılan erməni diversiya-kəşfiyyat terrorçu qruplarının geri qaytarılması ilə bağlı müzakirələr aparıla bilər”.

Bunu “Yeni Sabah”a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı deyib.

Onun sözlərinə görə, bizim üçün önəmli əhəmiyyət daşıyan sülh müqaviləsi ilə bağlı bəzi şərtlər də gözdən keçiriləcək:

“Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin tamamilə Qarabağdan çıxarılması fikrini yenə müzakirəyə açıq elan edəcək. İki tərəf üçün də böyük əhəmiyyət daşıyan sərhəd və delimitasiya məsələləri ilə bağlı əsaslı müzakirələr aparıla bilər.

Görüşdə təbii ki, Azərbaycan tərəfinin maraqlarının təmin olunması üçün müəyyən istəklər olacaq. Bununla yanaşı sülhlə bağlı addımların atılması, Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı istəkləri və bu dəhlizin Ermənistanın gələcəyi üçün də faydalı olacağı bildirilməlidir”.