Ermənistan təlaşda: Azərbaycan düşmənlərini bu silahla məhv edəcəkbackend

Ermənistan təlaşda: Azərbaycan düşmənlərini bu silahla məhv edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İsraildən “Arrow 3” müdafiə sistemini almaq imkanını nəzərdən keçirir.

Bu barədə Gürcüstanın “Birinci kanalı” məlumat yayıb.

Xəbərə əsasən, tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, Azərbaycan müdafiə qabiliyyətini xeyli yaxşılaşdırmış olacaq.
“Arrow 3”-ün işləməsi əhəmiyyətli maliyyə imkanları ilə əlaqədardır, çünki sistemdəki hər bir raketin qiyməti 2,2 milyon dollardır.

Ümumiyyətlə, bu xəbərlər nə dərəcədə doğrudur? Azərbaycan bununla İrana mesaj verir?

Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan zaman-zaman öz müdafiə və təhlükəsizlik sistemini gücləndirmək üçün müxtəlif ölkələrdən silah-sursat alır:

“Gürcü dostlarımız bunun adın açıqlayıblar, busirr deyil. Onlar bunu hansı məqsədlə ictimailəşdiriblər bilmirəm, amma Gürcüstanın özü də son vaxtlarda daha müasir silahlar alıb.Hesab edirəm ki, gürcü dostlarımız belə məsələlərdə Azərbaycanın milli maraqlarını qorumalıdır. Düşünürəm ki, Azərbaycanın kimdənsə nəsə almağı müzakirə mövzusu olmamalıdır. Hazırda regionda gərginlik var, bundan sonra da olmasında maraqlı dövlətlər var. Ona görə də lazım olan ən yaxşı silahları alırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan pulunu verib İsraildən hərbi texnika alır, Ermənistan kimi gedib Rusiyadan dilənmir.Düşünürəm ki, Azərbaycanın İsraildən hərbi texnika alması İrana mesaj deyil. Ən böyük mesajı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında verdi”.

Hərbi-ekspert “Arrow 3” müdafiə sisteminin üstünlüklərindən də danışıb:
“Bunun üstünlüyü odur ki, yeni və müasir tələblərə cavab verən 5-ci nəsil müdafiə sistemidir. Ümumi olaraq “Dəmir günbəz”ə yaxın olan avadanlıqdır. Bu sistem düşmənin həm canlı qüvvəsini, həm də texnikasını sıradan çıxarmaq üçün çox yararlıdır. Həmçinin, müdafiə məqsədilə ölkənin strateji və hərbi obyektlərinin müdafiəsi üçün bu tip avadanlıqlardan istifadə olunur”.