Ermənistan və Gürcüstan sərhəd-keçid məntəqələrində yaranmış problemi MÜZAKİRƏ EDİRbackend

Ermənistan və Gürcüstan sərhəd-keçid məntəqələrində yaranmış problemi MÜZAKİRƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Gürcüstan sərhəd-keçid məntəqələrində yaranmış problemi müzakirə edir.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentində iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O bildirib ki, Ermənistan və Gürcüstanın hakimiyyət orqanları sərhəd-keçid məntəqələrində erməni konyakı olan yük maşınlarının gecikməsi problemi ilə bağlı müxtəlif ssenari və situasiyaları müzakirə edirlər.

“Təbii ki, biznes ictimaiyyəti də öz kanalları ilə müvafiq müzakirələr aparır. Ola bilər ki, yaxın vaxtlarda vəziyyəti yerində müzakirə etmək üçün yenidən Gürcüstana gedə bilərəm, çünki digər mallardan fərqli olaraq, konyak spirti məsələsi həll olunmamış qalır. Problem həqiqətən də mövcuddur və hesab edirəm ki, bizim sahibkarlar bu məsələdə haqlıdırlar”, – o deyib.

Nazir hesab edir ki, ixracatçılar etiraz aksiyasını Ermənistan hökumət binasının yanında yox, Gürcüstan səfirliyinin yaxınlığında keçirməkdə haqlıdırlar, çünki problemin İrəvanda olmadığını başa düşürlər.

Xuraman Etibarlı

İnterpress.az