“Regional kommunikasiyalar açılmalıdır”.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sülhdə maraqlı olan tərəfdaşlar da Cənubi Qafqazda sabitliyə öz töhfələrini verməlidirlər.
“İrəvan və Bakı münasibətlərin normallaşmasına dair sazişin bağlanması üçün bir sıra məsələlərdə mövqelərini yaxınlaşdırmalı olacaqlar. Delimitasiya və demarkasiya məsələsi Ermənistan tərəfi üçün prinsipial əhəmiyyət kəsb edir. Bu, qarşıdan gələn razılaşmanın təməl daşı olmalıdır”, – nazir vurğulayıb.