Ermənistanda turistlər meşədə azıblar.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, avqustun 20-də saat 17:11-də Qeqarkunik regional böhran idarəetmə mərkəzinə 10 nəfərdən ibarət ekspedisiyanın Martuni (Göyçə mahalı – red.) və Getik (Qırmızıkənd – red.) kəndləri arasındakı meşədə itməsi barədə siqnal daxil olub.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, xilasedicilər hadisə yerinə cəlb olunub. Onlar ekspedisiya üzvlərini tapıb təhlükəsiz yerə müşayiət ediblər.
Xuraman Etibarlı
İnterpress.az