Ermənistanda Avropaya qeyri-qanuni miqrasiyanın təşkilatçıları SAXLANILDI – VİDEObackend

Ermənistanda Avropaya qeyri-qanuni miqrasiyanın təşkilatçıları SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Avropaya qeyri-qanuni miqrasiyanın təşkilatçıları saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistandan Avropaya qeyri-qanuni miqrasiyanın təşkili faktını aşkarlayıb.

Biri qadın olmaqla iki nəfər həbs edilib. Onlardan biri ev dustaqlığında olan şəxs olub.

Xüsusi xidmət orqanları müəyyən edib ki, İrəvanda fəaliyyət göstərən turizm agentliklərindən birinin sahibi və həmin şirkətin əməkdaşı erməni sakinin ölkədən getməsini təşkil edərək ona 3300 avro məbləğində saxta sənədlər hazırlayıblar.

Xuraman Etibarlı

İnterpress.az