Ermənistanda hərbçi ölümündən əvvəl qohumlarına MƏKTUB YAZIBbackend

Ermənistanda hərbçi ölümündən əvvəl qohumlarına MƏKTUB YAZIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müqaviləli hərbçi intihar etməzdən əvvəl qohumlarına mesaj göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Ermənistanın Vardenis şəhərində “Vətənin Müdafiəçisi” proqramı çərçivəsində xidmət edən 23 yaşlı müqaviləli hərbçi Artak N.-nin meyiti aşkarlanıb.

İlkin məlumata görə, hərbçi avqustun 25-də şəhərdəki evlərdən birinin ərazisində yerləşən tikilidə intihar edib.

Onu tapan qohumu təcili yardım gələnədək ilk tibbi yardım göstərməyə çalışıb. Lakin hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.

Məlumata görə, hərbçi hadisədən əvvəl qohumlırına mesaj göndərərək həyatını davam etdirmək istəmədiyini bildirib.

İlkin məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, meyitdə zorakılıq əlamətləri aşkarlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az