Ermənistanda hərbi forma istehsal edən iki şirkət 3 milyard dramın (təxm. 13 milyon 200 min man) dövriyyəsini gizlətməkdə ittiham olunur.
İnterpress.azhttp://interpress.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, İrəvanda fəaliyyət göstərən və geyim və aksesuarların istehsalı və satışı ilə məşğul olan iki sahibkarlıq subyekti oxşar sahibkarlıq fəaliyyəti ilə məşğul olur, koordinasiyalı fəaliyyət göstərir.
Onlar bir-biri ilə əlaqəlidir, eyni zamanda satış dövriyyəsini tam bəyan etmir.
Məlum olub ki, 2020-2024-cü illər ərzində onlar 3 milyard dram (təxm. 13 milyon 200 min man) satış dövriyyəsini gizlədiblər, dövlətə dəyən ziyan 900 milyon dram qiymətləndirilir. Faktla bağlı cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az