Ermənistanda hərbi hissədə yanğın BAŞ VERDİbackend

Ermənistanda hərbi hissədə yanğın BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbi hissələrin birində yeməkxananın mətbəxində yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, baş vermiş yanğın söndürülüb.

Ölən və yaralananlar olmayıb. Yanğının baş vermə şəraiti, həmçinin dəymiş maddi ziyanın miqdarı dəqiqləşdirilir.

Müdafiə Nazirliyi erməni mediasının hərbi hissənin mətbəxində baş verən yanğının yeməkxana köhnə olduğu üçün “qaçılmaz olub” xəbərini təkzib edib.

Mətbuat katibi Aram Torosyan Facebook-da yazıb ki, bu yeməkxana 2024-cü ildə təmir edilib və yeni mebellərlə təchiz edilib.

Xuraman Etibarlı

İnterpress.az