Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar SƏRTLƏŞDİRİLDİbackend

Ermənistanda hərbi xidmətdən yayınmaya görə cəzalar SƏRTLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti hərbi xidmətdən yayınmaya görə cəzaları sərtləşdirib və hərbi polisin səlahiyyətlərini genişləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

– Rüsumu ödəməkdən yayınma, özünə bədən xəsarəti yetirməklə, xəstələnməklə, sənədləri saxtalaşdırmaqla və ya digər aldatma vasitələri ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

– Hərbi xidmətdən yayınanların müəyyən edilməsi və axtarışı ilə bağlı səlahiyyətlər hərbi polisə veriləcək.

– Hərbi polisdən məcburi və səfərbərlik çağırışlarının təşkili, təlim-məşq toplanışı və təlimlərinin keçirilməsində hərbi komissarlıqlarla əməkdaşlıq etmək tələb olunacaq.

Xuraman Etibarlı

İnterpress.az