Ermənistanda məktəbdə 4-cü sinif şagirdlərinə narkotik VERİLDİbackend

Ermənistanda məktəbdə 4-cü sinif şagirdlərinə narkotik VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 4-cü sinif şagirdlərinin narkotik qəbul etməyə məcbur edilməsini araşdırılır.

İnterpress.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi Ararat rayonunun Mxçyan kəndindəki məktəbdə baş vermiş insidentlə bağlı cinayət işi açıb,

Bundan əvvəl KİV kənd sakinlərinə istinadən xəbər vermişdi ki, bir neçə orta məktəb şagirdi 4-cü sinifdə oxuyan iki şagirdi tualetdə bağlayıb və onlara zorla narkotik verib.

İstintaq Komitəsindən verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər barəsində Cinayət Məcəlləsinin 258-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Maksimum cəza 6 il müddətinə azadlıqdan məhrumetmədir.

Təqsirləndirilən şəxslərdən birinin barəsində həbs-qətimkan tədbiri seçilib.

Onlardan daha ikisi barəsində qabaqlayıcı tədbir kimi tərbiyəvi və inzibati nəzarət seçilib.digər təqsirləndirilən şəxs barəsində isə tərbiyələndirmə və inzibati tədbiri seçilib.

İş üzrə digər təqsirləndirilən şəxs isə ev dustaqlığında və ölkədən çıxış qadağası altındadır.

Xuraman Etibarlı

İnterpress.az