Ermənistanda rusiyalı fərari rus hərbçilər tərəfindən OĞURLANDI – Prokurorluq nə deyir?backend

Ermənistanda rusiyalı fərari rus hərbçilər tərəfindən OĞURLANDI – Prokurorluq nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş Prokurorluğu Rusiyada axtarışda olan Rusiya vətəndaşının Gümrüdə Rusiya hərbi polisi tərəfindən oğurlanması ilə bağlı xəbərlərə münasibət bildirib.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorunun baş müşaviri Lusine Martirosyan “Armenia Today”a bildirib.

O deyib ki, prokurorluğa ictimai təşkilatdan müvafiq məlumat daxil olub və bununla bağlı qanunla müəyyən edilmiş qaydada tədbirlər görülüb.

Prokurorluğun sözçüsü başqa təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb ki, təşkilatın məlumatına görə, Rusiya vətəndaşı Anatoli Şçetinin Rusiya hərbi polisi tərəfindən qaçırılıb və hazırda Rusiyanın 102-ci hərbi bazasının ərazisində saxlanılır.

Qeyd olunub ki, Şçetinin hərbi xidmətdən imtina etdiyi üçün Rusiyada axtarışa verilib.

Xuraman Etibarlı

İnterpress.az