Ermənistanın 1100-ə yaxın yük maşını Rusiya tərəfdən Verin Lars keçid məntəqəsini elektron növbə ilə keçmək üçün gözləyir.
interpress.az xəbər verir ki, bunu Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatları sübut edir.
Qeyd olunur ki, park edilmiş yük maşınlarının ümumi sayı 4035-dir ki, onlardan 1163-ü ermənidir.
Onlardan 300-ü yaşıl zonada, Verin Lars keçid məntəqəsinin yaxınlığındadır.
Bundan əvvəl Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat verib ki, “Verxniy Lars” keçid məntəqəsi normal rejimdə işləyir. Lakin ona bitişik “Kazbeq” keçid məntəqəsinin işinin ləngiməsi səbəbindən yük maşınlarının faktiki buraxılışı azalıb.
Onu da əlavə edək ki, strateji yol hazırda Rusiyanı Ermənistanla birləşdirən yeganə quru yoldur.
Xuraman Etibarlı
İnterpress.az