Bu gün Ermənistanın ikinci prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, sentyabrın 23-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və digərlərinin məhkəməsi davam etdirilib.
Xatırladaq ki, Kassasiya Məhkəməsi Robert Koçaryan, Yuri Xaçaturov və digərlərinin işinə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində başlanılması barədə qərarı ləğv edib.
İclasda Koçaryan və vəkillər iştirak etmirlər. Yuri Xaçaturov, Seyran Ohanyan, Armen Gevorkyan özlərini təqdim etdilər.
Xuraman Etibarlı
İnterpress.az