Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Amerikadakı malikanəsi müsadirə edilərək satışa çıxarılacaq.
interpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Amerikadakı malikanəsi müsadirə edilərək maksimum bazar dəyərinə satılacaq.
ABŞ məhkəməsinin qərarına görə, söhbət cinayət mənşəli mülkiyyət hesab edilən şəxsi evdən gedir.
Prokurorluğun məlumatına görə, Xaçatryanın ABŞ-dəki şəxsi evinin satışından əldə edilən pulun böyük hissəsinin Ermənistana qaytarılması ilə bağlı Amerika hakimiyyət orqanları ilə danışıqlar aparılır.
Xuraman Etibarlı
İnterpress.az