Ermənistanın Qarabağdakı BARBARLIĞININ NƏTİCƏSİ: “Bölgənin infrastrukturu sıfırdan hazırlanır”backend

Ermənistanın Qarabağdakı BARBARLIĞININ NƏTİCƏSİ: “Bölgənin infrastrukturu sıfırdan hazırlanır”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan öz hesabına dağıdılan şəhərlərimizin yenidən bərpası ilə məşğuldur”.

Bu sözləri Ağdam şəhərinin baş planının təsdiqlənməsindən sonra digər şəhərlərin də baş planının yaxın aylarda təsdiqlənməsi ilə bağlı gözləntilərə münasibət bildirən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə, Azərbaycan qısa bir zamanda bölgədə infrastrukturun yaranmasında maraqlıdır:

“Ağdam şəhəri baş planı təsdiq olunan şəhərlərdən ilkidir. İşğalda olmuş şəhərlərimizin əksəriyyəti bərbad haldadır. Sanki həmin ərazilərə Ermənistan tərəfindən atom bombası atılıb. Bu, əslində ermənilərin vəhşiliyinin nəticəsidir və bütün dünya o görüntüləri görüb. Təəssüf ki, dünya erməni barbarlığına adekvat cavab vermədi. Hər şeyə rəğmən bu gün Azərbaycan öz hesabına dağıdılan şəhərlərimizin yenidən bərpası ilə məşğuldur. Bölgənin infrastrukturu sıfırdan hazırlanır. Artıq Zəngilan rayonunun bir hissəsində evlər inşa edilib və bir neçə aydan sonra məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Təbii ki, minalanmış ərazilərin çoxluğu hər kəsə bəllidir. Hazırda həmin ərazilərin təmizlənməsi prosesi davam edir. Bu, əhalinin münbit şəraitdə yaşaması üçün hökumət tərəfindən görülən ciddi işlərdən xəbər verir. Təsadüfi deyil ki, müharibə bitəndən sonra Azərbaycan dövləti Şərqi Zəngəzur və Qarabağ torpaqlarında böyük işlər görüb. İşlərin bundan sonra artacağı gözləniləndir”.

Gülşən