Ermənistanın Turizm Komitəsi oğru və təxribatçıdır! – Erməni bloqer – FOTObackend

Ermənistanın Turizm Komitəsi oğru və təxribatçıdır! – Erməni bloqer

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Turizm Komitəsi oğru və təxribatçıdır!

İnterpress.az xəbər verir ki, bunu erməni bloqer Mika Badalyan sosial şəbəkə hesabında yazıb.

“Ermənistanın Turizm Komitəsi oğru və təxribatçıdır!

Dünən mən dedim ki, Ermənistanın Turizm Komitəsi mütləq zərərvericidir, onun xeyri zərərdən qat-qat azdır və bu mənim sözlərimə daha bir sübutdur.

Mən Tehranda keçirilən beynəlxalq turizm sərgisindəyəm. İran turist axınına görə Ermənistan üçün üçüncü ölkədir və burada iş tam sürətlə getməlidir. Amma erməni stendinə baxın, BOŞDUR, orada qətiyyən HEÇ NƏ yoxdur, nə bir material, nə bir informasiya səthi, nə də bir nəfər, qətiyyən HEÇ NƏ!

Bu əslində o deməkdir ki, pul sadəcə oğurlanıb! YALNIZ OĞURLANIB! Onların fikrincə, iqtisadiyyatın ən mühüm mühərriki olan turizmin inkişafına cavabdeh olan insanlar adi oğru və təxribatçılardır”, – Badalyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az