Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edib.
“İnterpress.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
O, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərarına verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Bundan başqa, E.Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprin dünyadakı səsi olduğunu söyləyib: “R.T.Ərdoğan hər zaman bizə dəstək verir. Nə yaxşı ki, güclü lider, güclü Türkiyə var”.