Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulubbackend

Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” hərəkatına qoşulub. bu barədə hərəkat nümayəndələri bəyan ediblər.

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni Xəlil Əl-Rəhman Hakkaninin iştirakı ilə İslam Əmirliyinə sədaqət andı içib”, – bəyanatda deyilir.

Qeyd edək ki, Xəlil Əl-Rəhman Hakkani “Taliban”la sıx əməkdaşlıq edən “Hakkani şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvüdür. Avqustun 21-də onun Kabildə Əfqanıstanın sabiq baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarla görüşdüyü bildirilir.