Salyan rayonunda ət bahalaşıb.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat veriblər.
Onlar bildirib ki, rayonda sümüklü mal ətinin bir kiloqramı 15 manata, sümüksüz mal ətinin bir kiloqramı isə 18 manata satışa çıxarılıb.
Mal-qara sahibləri isə heyvanların daha da bahalaşacağını proqnozlaşdırdıqları üçün satmırlar.