Moskvada evakuator sürücüsü 26 avtomobil oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Moskvada qəribə oğurluq hadisəsi baş verib. Evakuator sürücüsü avtosalonlardan ümumi dəyəri 64 milyon rubl (təxminən 1 milyon 391 min manat) olan 26 xarici markalı avtomobili oğurlayıb.
Kişi sadəcə avtosalonlara yaxınlaşıb və maşınları evakuatora yükləyərək aparıb. Maraqlısı odur ki, avtosalon rəhbərliyi itkini yalnız 20-ci avtomobil oğurlandıqdan sonra fərq edib.
Araşdırma zamanı məlum olub ki, oğru həmin salonun keçmiş əməkdaşıdır. O, oğurladığı maşınları qəbul edən başqa bir şəxslə (alıcı ilə) əlbir işləyib və hər “evakuasiya” əməliyyatı üçün pul alıb.
Sürücü saxlanılıb, lakin oğurlanan 26 avtomobildən hələlik cəmi 7-si tapılıb. Digər nəqliyyat vasitələrinin artıq Rusiyanın müxtəlif regionlarına göndərildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






