Evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edildibackend

Evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qarabağlar kənd sakini Ruzi Allaverdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilən tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.