Eyni gündə 2 koronavirus testi verdi – Biri müsbət, biri mənfi çıxdıbackend

Eyni gündə 2 koronavirus testi verdi – Biri müsbət, biri mənfi çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Aleyna Tilki koronavirus testlərinin nəticələrinin səhv olduğunu iddi edib. 

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda müğənni sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, bir gündə iki koronavirus testi verib. Onlardan biri pozitiv, digəri isə neqativ çıxıb.

“12 gün evdən çıxmadım. Bir gündə etdirdiyim testin biri neqativ, digəri isə pozitiv çıxdı. Özümdə virusun heç bir əlamətini hiss etmirdim. Bundan sonra bu cavablara necə etibar edəcəyik? Məncə, dünyada edilən bütün testlərin 50%-i səhvdir. Buna görə də, mənfi göstərilən nəticələrə inanmayın. Bu testlərdə absurd səhv var. Yanımdakı insanlarda da eyni problem var idi”-, deyə Aleyna qeyd edib.

 

 

Eyni gündə 2 koronavirus testi verdi - Biri müsbət, biri mənfi çıxdı
İnterpress.az