F-16-lar vurar, orda sağ əsgər qalmaz – Türk generalbackend

F-16-lar vurar, orda sağ əsgər qalmaz – Türk general

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Aralıqdakı əsas məsələ artıq enerji deyil, təhlükəsizlik məsələsidir.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Avropa yunanlara yardım edərək, Türkiyəni təhrik etməyə çalışır:

“Onlar çalışır ki, Türkiyə səhv etsin və bununla dünya ictimaiyyətinin gözü qarşısında türkləri çətin vəziyyətə salsınlar. Yunanıstan Meis adasına 30 nəfər göndərib, min komandos göndərsə nə olacaq? F-16-lar 4 bomba atar, burada əsgər qalmaz. Yunanların məqsədi də budur. Onlar 2 min adanın hamısına qoşun yerləşdirsə, ölkənin özündə əsgəri qalmayacaq. Türkiyə Afinanın bütün təxribatlarına qarşı tədbirlər görməlidir. Əsasən də diplomatik danışıqlara üstünlük verməlidir”.

 

İnterpress.az