Aprelin 11-i saat 14:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib.
Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Ceyrançöl, Göygöl, Ağstafa, Beyləqan, Neftçala, Astara, Lənkəran, Yardımlı, Lerik, Biləsuvarda arabir yağış yağır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Şahdağ, Qrız, Daşkəsən, Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 15°-dək, Aran rayonlarında 20°-dək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.