Fərid Qayıbov Türkiyə, Qırğızstan və Özbəkistandan olan həmkarları ilə görüşübbackend

Fərid Qayıbov Türkiyə, Qırğızstan və Özbəkistandan olan həmkarları ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 sentyabr 2021-ci il tarixdə Özbəkistanın Daşkənt şəhərində keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclası çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri cəmab Fərid Qayıbov Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Özbəkistanın Gəncələrlə iş üzrə Dövlət Agentliyinin sədrinin müavini Farrux Omanov, Qırğız Respublikasının Gənclər, Fiziki Tərbiyə və İdman Agentliyinin direktor müavini Soiuzbek Nadyrbekov və Dünya Teqbal Federasiyasının nümayəndəsi ilə görüşmüşdür.

Görüşdə Türkiyə ilə gənclər və idman sahəsində birgə İşçiq Qrupunun yaradılması, Qırğız və Özbəkistan Respublikalarının gənclər sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarının və bunun üçün Azərbaycana səfər etmək istədiklərini, birgə gənclər günlərinin və forumlarının keçirilməsi istəklərini bildiriblər. Dünya Teqbal Federasiyasının nümayəndəsi isə bu yeni idman növünün Azərbaycanda yaradılmasına dəstək verilməsini istəmişdir. Görüşdə ikitərəli münasibətlərlə bağlı bir sıra məsələlər, normativ-hüquqi bazanın təkmilləşdirilməsinə və yaradılmasına dair fikir mübadiləsi aparılıb.