Fətullah Gülənin ölümündən sonra FETÖ təbliğatı aparan, tərifli paylaşımlar edən, başsağlığı paylaşan 177 nəfərə qarşı tədbir görülüb.
İnterpress.az xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya bu barədə X hesabında yazıb.
Bildirilir ki, FETÖ liderinin vəfatından sonra sosial media platformalarında FETÖ təbliğatı aparan, tərifli paylaşımlar edən, başsağlığı paylaşan 177 sosial media hesabı idarəçisinə qarşı tədbir görülüb.
Xuraman Etibarlı
İnterpress.az