Fevralın 5-dən bütün qapılar qeyri-qanuni mühacirlərin üzünə BAĞLANIRbackend

Fevralın 5-dən bütün qapılar qeyri-qanuni mühacirlərin üzünə BAĞLANİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 5-dən bütün qapılar qeyri-qanuni mühacirlərin üzünə bağlanacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada qeyri-qanuni olan əcnəbilərə qarşı bir sıra sərt tədbirlər tətbiq edilir.

Birincisi, polis miqrantları inzibati yolla qovmağa qadir olacaq. Əvvəllər bunun üçün məhkəmə qərarı tələb olunurdu.

İkincisi, qeyri-qanuni miqrantlar üçün yeni hüquqi rejim – deportasiya tətbiq edilir.

Aşkar edilmiş qeyri-qanuni immiqrantlar haqqında məlumatlar xüsusi reyestrə daxil edilir.

Bundan sonra qanun pozucunun iki yolu var: özbaşına Rusiya ərazisini tərk etmək və ya burada qalmasını qanuniləşdirmək.

Bu, həyata keçirilməyənə qədər “nəzarətdə olan şəxs” Rusiyada bank hesabı açıb pul köçürə, sürücülük vəsiqəsi alıb istifadə edə, biznesi qeydiyyata sala, daşınmaz əmlak və avtomobil ala, ailə qura bilməz.

Rusiyadan çıxmaqla bağlı olmadığı təqdirdə bir bölgədən digərinə köçmək də qadağandır.

Xuraman Etibarlı

İnterpress.az