Fəxrəddin Altun: Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıqbackend

Fəxrəddin Altun: Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Rəcəb Tayyib Ərdoğan barəsində böhtan xarakterli kampaniyaların qarşısının alınacağını deyib.

İnterpress.az xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb.

F.Altun bildirib ki, hazırda aparılan istintaqın məzmunu və təfərrüatları ilə tanış olmadan aparılan siyasi-ideoloji qiymətləndirmələr arasında Prezident Rəcəb Tayyib Ərdoğana qarşı böhtan xarakterli iddialar var.

“Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq”, – o əlavə edib.

İdarə rəhbəri məhkəmə tərəfindən verilən qərara cəmiyyətin bütün təbəqələri tərəfindən hörmətlə yanaşılmalı olduğunu xatırladıb: “Bu prosesdə dezinformasiyaya qarşı mübarizəmizi davam etdirəcəyik. Vətəndaşlarımızdan təsdiqlənməmiş və şübhəli məzmuna qarşı diqqətli olmaqla bu mübarizəni dəstəkləmələrini, həmişə olduğu kimi, rəsmi qurum və orqanların bəyanatlarına inanmalarını ciddi şəkildə xahiş edirik