FHN-də KADR ÇATIŞMAZLIĞI: Çağırışçılar yanğınsöndürmə hissələrində XİDMƏT EDƏCƏKbackend

FHN-də KADR ÇATIŞMAZLIĞI: Çağırışçılar yanğınsöndürmə hissələrində XİDMƏT EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada çağırışçılar yanğınsöndürmə hissələrinə xidmətə göndərilə bilərlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada Fövqəladə Hallar Nazirliyində (FHN) kadr çatışmazlığının aradan qaldırılması məqsədilə hərbi xidmətə çağırılan gənclərin Federal Yanğın Xidmətinin bölmələrində xidmət keçməsinə imkan verən qanun layihəsi hökumət tərəfindən dəstəklənib.

Sənədə əsasən, Federal Yanğın Xidmətinin bölmələri hərbi xidmət keçən çağırışçılar hesabına komplektləşdirilə biləcək.

Bununla yanaşı, həmin hərbi qulluqçuların yerinə yetirəcəyi vəzifələrin dairəsinin də genişləndirilməsi nəzərdə tutulur.

Təşəbbüsün əsas məqsədinin FHN sistemində müşahidə olunan kadr çatışmazlığını aradan qaldırmaq və yanğın təhlükəsizliyi xidmətinin fəaliyyətini daha səmərəli təşkil etmək olduğu bildirilir.

Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə yeni qaydaların Federal Yanğın Xidmətinin şəxsi heyətinin formalaşdırılmasına əlavə dəstək verəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az