FHN: Ötən sutka ərzində 4 nəfər xilas edilib, 30 yanğına çıxış olubbackend

FHN: Ötən sutka ərzində 4 nəfər xilas edilib, 30 yanğına çıxış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, bir yol-nəqliyyat hadisəsi və üç halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində dörd nəfər xilas edilib, bir nəfərin meyiti isə deformasiyaya uğrayan minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Gəncə şəhərində bəzi ərazilərə yığılmış yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.

 

İnterpress.az