Filippində 342 sərnişini olan bərə BATDI – Ölənlər və itkin düşənlər varbackend

Filippində 342 sərnişini olan bərə BATDI – Ölənlər və itkin düşənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində faciə: 342 sərnişini olan bərə batıb.

İnterpress.az xəbər verir ki, bu barədə “News 5” məlumat yayıb.

Filippinin cənubunda sərnişin bərəsinin batması nəticəsində ağır dəniz qəzası baş verib.

Məlumata görə, gəminin göyərtəsində ümumilikdə 342 sərnişin olub.

Nəşrin yaydığı xəbərə əsasən, hadisə nəticəsində azı 13 nəfər həyatını itirib.

Qəza yerində vəziyyət gərgindir, çünki göyərtədə olan 100-dən çox sərnişin itkin düşmüş hesab olunur və onların taleyi naməlumdur.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az