Finlandiya Ukraynaya 5-ci maddə səviyyəsində təminat verilməsini istəmir.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Finlandiya ABŞ-ni Ukraynaya Alyansın kollektiv müdafiəsini nəzərdə tutan “5-ci maddəyə analoji” təhlükəsizlik zəmanətləri verməməyə çağırıb.
Rəsmi Helsinkinin bu addımı NATO daxilindəki ciddi qayğılarla əlaqələndirilir.
Nəşrin məlumatına görə, Finlandiya tərəfi ehtiyat edir ki, Ukraynaya verilən belə bir vəd Rusiyanı həmin zəmanətlərin gücünü praktiki olaraq yoxlamağa (test etməyə) təhrik edə bilər.
Əgər Moskva tərəfindən edilən hər hansı müdaxiləyə Qərbin və ABŞ-nin cavabı zəif olarsa, bu, birbaşa olaraq NATO-nun real 5-ci maddəsinə və onun beynəlxalq səviyyədəki çəkindirici roluna ciddi zərbə vuracaq.
Mütəxəssislər qeyd edirlər ki, təhlükəsizlik zəmanətlərinin devalvasiyaya uğraması gələcəkdə Alyansın öz müttəfiqlərini qorumaq qabiliyyətini sual altında qoya bilər.
Xuraman Etibarlı
İnterpress.az






