Finlandiyada quş qripi olan xəz fermalarında olan bütün heyvanlar məhv ediləcəkbackend

Finlandiyada quş qripi olan xəz fermalarında olan bütün heyvanlar məhv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Qida İdarəsi quş qripi diaqnozu qoyulmuş xəz fermalarında bütün minklərin evtanizasiyası əmrini bu cür təsərrüfatlardakı bütün heyvanları əhatə edəcək şəkildə uzadıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkə mətbuatının yazdığına görə, quş qripinin xəz heyvanlar vasitəsilə insanlara keçə biləcəyi ilə bağlı narahatlıqlar nəticəsində əhalinin sağlamlığını qorumaq üçün təxminən 115 min heyvanın daha öldürülməsinə qərar verilib.

Finlandiya Qida İdarəsi keçən ay quş qripi diaqnozu qoyulan təsərrüfatlarda 50 mini mink, 79 mini tülkü və 6 min yenot daxil olmaqla təxminən 135 min heyvanın öldürülməsinə qərar vermişdi. Finlandiyanın qərbindəki Ostrobotnia bölgəsində indiyədək 26 xəz fermasında quş qripi aşkar edilib. Bu təsərrüfatların 11-də bütün heyvanların yatırılması, beşində isə qismən kəsilməsi barədə göstəriş verilib. Ötən həftə xəz yetişdirilməsinə qadağa qoyulmasını tələb edən təşəbbüs qısa müddətdə 50 mindən çox imza toplayaraq parlamentə göndərilib.