Fransa Kiprdə raket əleyhinə və pilotsuz təyyarə əleyhinə sistemlər yerləşdirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Cyprus News Agency” (Kipr Xəbər Agentliyi) məlumat yayıb.
Məlumata görə, Fransa Şərqi Aralıq dənizində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə Kipr ərazisində müasir raket əleyhinə və pilotsuz uçuş aparatlarına (dronlara) qarşı müdafiə sistemləri quraşdıracaq.
Bu hərbi addım regionda təhlükəsizlik risklərinin artdığı bir dövrdə hava məkanının effektiv mühafizəsini təmin etmək niyyəti daşıyır.
Texnikanın yerləşdirilməsi Fransa və Kipr arasındakı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində reallaşacaq.
Sözügedən sistemlərin hansı bölgədə və tam olaraq nə vaxt quraşdırılacağı barədə əlavə təfərrüatlar hələlik açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az






