Fransada 4 ayda 16 498 ev heyvanı tərk edilibbackend

Fransada 4 ayda 16 498 ev heyvanı tərk edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Fransada Heyvanları Qoruma Dərnəyinin (SPA) verdiyi açıqlamada ölkədə yay dövrü hesab edilən may, iyun, iyul və avqust aylarında 16 və 498 ev heyvanının küçədə qaldığı qeyd edilib. Açıqlamada heyvanların 4 min 54-nün it, 11 min 564-nün isə pişik olduğu bildirilib. Ölkə üzrə hər gün 134-dən çox heyvanın sığınacaqlara buraxıldığı bildirilən açıqlamada bu yüksək rəqəmin heyvan sahiblərinin məsuliyyətsizliyini göstərdiyi vurğulanıb. Açıqlamada hazırda birliyin sığınacaqlarında 7994 baş heyvan olduğu və bu rəqəmin 2022-ci illə müqayisədə 2,4 faiz çox olduğu vurğulanıb. Bu il sığınacaqlarda 13 min 131 heyvanın övladlığa götürüldüyü bildirilən açıqlamada bu rəqəmin keçən ilə nisbətən yüzdə 5,2 azaldığı bildirilib.