Fransada pendiya yaşı 62-dən 64-ə qaldırılırbackend

Fransada pendiya yaşı 62-dən 64-ə qaldırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polis etirazçılara sərt cavab verib və ölkənin bir çox yerlərində zorakılıq hadisələri baş verib.

Martın 16-dan bəri ölkə daxilində keçirilən etiraz aksiyalarında 1000-dən çox insan saxlanılıb.

İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib.

Fransada kütləvi etirazlara və gərgin müxalifətə baxmayaraq, parlamentdə səsvermə olmadan qəbul edilən qanunun geri götürülməsinə dair qanun layihəsi də iyunun 8-də Milli Assambleyada müzakirəyə çıxarılacaq.