Fransada polisin “saxla” xəbərdarlığına tabe olmayan skuter sürücüsü dünyasını dəyişibbackend

Fransada polisin “saxla” xəbərdarlığına tabe olmayan skuter sürücüsü dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada polisin xəbərdarlığına baxmayaraq dayanmayan 19 yaşlı skuter sürücüsü qəza nəticəsində dünyasını dəyişib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Aubervilliersdə iki təkərli skuterin sürücüsü, Parisin İle-de-Frans bölgəsində yerləşən Seine-Saint-Denis qəsəbəsi polis tərəfindən saxlanılıb. O, xəbərdarlığa əməl etməyib.

Polislə təqib nəticəsində üzərində 2 nəfərin olduğu skuter başqa bir polis maşınına çırpılıb.

Polis rəsmiləri 19 yaşlı gəncin hadisə yerində öldüyünü, digər sərnişinin isə ayağından yaralandığını bildirib. Yaralı sərnişinin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.

Şahid iddia edib ki, polis maşını skuterin qarşısını kəsərək ölümcül qəzaya səbəb olub və skuter sürücüsü zərbədən sonra pikapın altında sürüklənib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Fransada, 2023-cü ilin dekabr ayında skuterdə səyahət edən 17 yaşlı iki gənc polisin təqibi nəticəsində qəza nəticəsində öldü.

27 iyun 2023-cü ildə Fransa polisi Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb. Naelin ölümü bütün ölkədə etirazlara səbəb olub.