Fransanın ədliyyə naziri hakim qarşısına çıxacaqbackend

Fransanın ədliyyə naziri hakim qarşısına çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ədliyyə naziri Erik Dupond-Moretti 6-17 noyabr tarixləri arasında Respublika Ədliyyə Məhkəməsində (CJR) “qanunsuz mənfəət” iddiası ilə mühakimə olunacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BFMTV-nin məlumatına görə, Morettinin məhkəməsi 6-17 noyabr tarixlərində nazirləri vəzifəsi zamanı törətdikləri cinayətlərə görə mühakimə etmək səlahiyyətinə malik məhkəmə orqanı olan CJR-də keçiriləcək.

Nazirlik vəzifəsindən sui-istifadə etməkdə və qeyri-qanuni mənfəət əldə etməkdə ittiham olunan Moretti vəzifə başında olduğu müddətdə CJR-də mühakimə olunan ilk ədliyyə naziri olacaq.

2020-ci ildə nazir təyin edildikdən qısa müddət sonra Moretti vəkil olduğu müddətdə iştirak etdiyi işlərə baxan bəzi hakimlərə qarşı məhkəmə araşdırması başlatdı.

2020-ci ilin sentyabrında nazir Moretti Milli Maliyyə Prokurorluğunun (PNF) keçmiş prezident Nikola Sarkozinin də iştirak etdiyi “telsiz dinləmə” işində işləyən 3 hakimə qarşı inzibati istintaq başlatdı.

Moretti həmçinin korrupsiyada ittiham olunan polis məmuru, müvəkkilinin işinə baxan dindirmə hakimi Edouard Levrault-a qarşı inzibati təhqiqat açmaqda günahlandırılıb.

Moretti, hakimlərlə hesablaşmaq üçün nazir vəzifəsindən sui-istifadə etdiyinə dair iddiaları rədd etdi və hökumətin tövsiyələrinə əməl etməkdən başqa heç nə etmədiyini söyləyib.

Korrupsiyaya qarşı mübarizə təşkilatı Anticor və 3 hakimlər birliyi Moretti haqqında istintaq tələb edib. 2022-ci ilin may ayında CJR Prokurorluğu Moretti-yə qarşı kifayət qədər ittihamların olması səbəbi ilə araşdırma başlatdı. 2022-ci ilin oktyabrında CJR istintaq komitəsi nazirin “qeyri-qanuni fayda təmin etməkdə” mühakimə olunmasına qərar verdi, vəkilləri isə məhkəmənin bu qərarından apellyasiya şikayəti verib.