Çelyabinskdə FTX gizli “mədənçi”lərdən 300 milyon rubl (təxm. 5 milyon 300 yüz min man) dəyərində 41 kq qızıl müsadirə edib.
İnterpress.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Çelyabinsk vilayətində qeyri-qanuni qızıl hasilatı üzrə ixtisaslaşan regionlararası cinayətkar qrupun üzvlərini saxlayıb.
Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən ümumi çəkisi 41 kq-dan çox, təxminən 300 milyon rubl dəyərində qızıl külçələri və əl işi külçələri aşkar edilib.
“Əməliyyat-axtarış tədbirləri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərdən ümumi çəkisi 41 kiloqramdan çox olan 300 milyon rubl dəyərində qızıl külçələri və əl işi külçələri, eləcə də qiymətli metalların çıxarılması üçün avadanlıqlar götürülüb”, – məlumatda deyilir.
Axtarışlar zamanı mədənçilərin kiçik külçələri tapmaq üçün istifadə etdikləri metal detektorları aşkar edilib. Onlar külçələri əridib Yekaterinburqda satıblar.
Xuraman Etibarlı
İnterpress.az